Bosniya və Herseqovinanın bir qurumu olan Serb Respublikasının "Müstəqil sosial demokratlar" Alyansının sədri Milorad Dodik bildirib ki, hakimiyyət Avropa İttifaqına qoşulmaqla bağlı referendum keçirə bilər.
"Report"un məlumatına görə, o, bunu "X" sosial şəbəkəsində yazıb.
M.Dodikin sözlərinə görə, Avropa İttifaqı, o cümlədən ali nümayəndə Kristian Şmidtin fəaliyyəti kontekstində Bosniya və Herseqovina ilə Assosiasiya Sazişini pozub.
O, həmçinin bildirib ki, Brüssel ali nümayəndənin institutunu maliyyələşdirir və onun fikrincə, bununla da ölkədə qanunun aliliyinin və demokratik prinsiplərin pozulmasına töhfə verir.
Dodik qeyd edib ki, birgə institutlarda xalqların siyasi nümayəndələri arasında razılıq olmadıqda, Aİ-yə üzv olmaq üçün gələcək kurs məsələsi referenduma çıxarıla bilər.