AZ

Quru paxlava resepti

Milli.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Şərbətsiz olduğu üçün yüngül və uzun müddət xırtıldayan qalan bu təam, qəhvə və çay yanında mükəmməl bir dad balansı yaradır.

Milli.Az lazım olan inqrediyentləri təqdim edir:

10 ədəd hazır paxlava yuxası

150 q qovrulmuş tahin (küncüt əzməsi)

3 xörək qaşığı kərə yağı (və ya duru yağ)

150 q üyüdülmüş qoz ləpəsi

1 stəkan şəkər tozu

Üzəri üçün:

Bir neçə xörək qaşığı duru yağ

Süfrəyə təqdimat üçün:

Pudra şəkəri

Hazırlanması:

Kərə yağını əridin və bir qabda tahinlə yaxşıca qarışdıraraq bircinsli (homojen) kütlə halına gətirin.

İki ədəd paxlava yuxasını üst-üstə sərgin. Hazırladığınız tahinli qarışımdan yuxanın üzərinə incə bir qat çəkin.

Yağlanmış yuxanın hər tərəfinə üyüdülmüş qoz ləpəsi və şəkər tozunu bərabər şəkildə səpdirin.

Yuxaları çox boş buraxmadan, sıx şəkildə rulet formasında bükün.

Hazırladığınız ruloları iki barmaq enində kəsərək yağlanmış fırın tepsisinə (listə) düzün. Üzərlərinə fırça vasitəsilə yüngülcə duru yağ çəkin.

Əvvəlcədən 170°C-yə qədər qızdırılmış sobada təxminən 10-12 dəqiqə, üzəri qızılı-sarı rəng alana qədər bişirin.

Paxlavanı sobadan çıxardıqdan sonra tamamilə soyumasını gözləyin. Soyuduqdan sonra üzərinə pudra şəkəri səpərək süfrəyə verə bilərsiniz.

Hazırlıq prosesində paxlava yuxalarının quruyub qırılmaması üçün üzərini nəm bir bezlə örtün.

Ruloları sıx bükmək bişmə zamanı paxlavanın formasının pozulmasının qarşısını alır.

Sobadan çıxan paxlavaların tam soyumasını gözləmək onun xırtıldayan quru toxumasını qoruması üçün vacibdir.

Qoz yerinə fındıq, badam və ya püstə istifadə edə bilərsiniz. Həmçinin, daxili harca bir az darçın əlavə edərək daha isti və ətirli bir dad əldə etmək mümkündür.Lalə Qüdrətova

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
69
news.milli.az

1Mənbələr