AZ

Tramp daha bir ölkəni hədələdi

Əgər Oman Hörmüz boğazına nəzarəti ələ keçirməyə cəhd etsə, Amerika ordusu ölkəni dağıdacaq.

Publika.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda keçirilən Nazirlər Kabinetinin iclasında deyib.

"Boğazlar hər kəs üçün açıq olacaq və heç kim onları idarə etməyəcək. Biz onları izləyəcəyik. Oman hər kəs kimi davranacaq, əks halda onları partlatmalı olacağıq", - Ağ Ev rəhbəri bildirib.

Qeyd edək ki, bundan əvvəl İranın Ali Milli Təhlükəsizlik Şurasının katibinin müavini Əli Baqeri Tehran və Maskatın Hörmüz boğazından gəmilərin keçməsi üçün yeni prosedurları müəyyən etmək üçün birgə danışıqlar apardığını açıqlamışdı.

Seçilən
30
publika.az

1Mənbələr