AZ

Pley off: Qəbələ üçün davam və ya tamam matçı

sport24.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bu gün Sumqayıtda Premyer Liqa uğrunda pley-off matçı keçiriləcək. Sport24.az xəbər verir ki, "SOCAR Polymer Arena"da başa çatan mövsümdə Premyer Liqanı 11-ci pillədə başa vuran "Qəbələ" ilə I Liqanın ikincisi "Mingəçevir" üz-üzə gələcək.

Heç şübhəsiz ki, kağız üzərində matçın favoriti nominal meydan sahibləridir. Ancaq unutmayaq ki, futbol sürprizlərlə dolu oyundu. Xüsusilə bir görüşdən ibarət pley-off matçları. Odur ki, bu gün Sumqayıtda maraqlı və gərgin qarşılaşma olacağına heç kim şübhə etmir.

Qeyd edək ki, görüşün start fiti saat 18:30-da səslənəcək.

Premyer Liqa uğrunda pley-off matçı

28 may

18:30. "Qəbələ" - "Mingəçevir"

Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, İnqilab MəmmədovVAR: Rəvan HəmzəzadəAVAR: Teymur TeymurovHakim-inspektor: Rəhim HəsənovAFFA nümayəndəsi: Elçin MehtiyevSumqayıt. "SOCAR Polymer Arena" 18:30

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
48
30
sport24.az

10Mənbələr