AZ

Toy karvanında avtoşluq edib təhlükə yaradan sürücü həbs edildi VİDEO

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

Qaradağ rayonunda avtoxuliqanlıq edən sürücü saxlanılaraq həbs edilib.

Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə “Tofaş” markalı avtomobilin sürücüsünün toy karvanı zamanı təhlükəli hərəkətlər etdiyi əks olunub. Sürücü avtomobili geriyə hərəkət etdirib, əl əyləcindən istifadə edərək maşını fırladıb və digər hərəkət iştirakçılarına təhlükə yaradıb.

Yayılan başqa kadrlarda isə onun ötmə, manevr və ara məsafəsi qaydalarını kobud şəkildə pozduğu görünür. Sosial şəbəkədə yayılan həmin görüntülərdən sonra Qaradağ rayon Dövlət Yol Polisi İdarəsində araşdırma aparılıb. Məlum olub ki, qaydaları pozan sürücü 2002-ci il təvəllüdlü Ramil Əliyevdir. Toplanmış materiallar Qaradağ rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə sürücü 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Fərid

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
46
avtosfer.az

1Mənbələr