AZ

"Avrokubokların qrup mərhələsi barədə düşünməliyik" - İmad Faraj

style='margin-bottom:10px;'>

“Kəpəz”lə oyun yaxşı oyun keçdi. Düzdür, ilk hissədə baxımlı futbol sərgiləyə bilmədik, qol epizodları yaratmaqda çətinlik çəkirdik. Lakin ikinci hissədə yaxşı oynadıq. Birdən daha artıq qol vura bilərdik”.

QOL.az saytına müsahibəsində bu sözləri “Neftçi”nin hücumçusu İmad Faraj Misli Premyer Liqasında mövsümün sonuncu – 33-cü turunda “Kəpəz”i 1:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib. 

O, matçın ikinci hissəsində xeyli qol şansını qaçırmalarının səbəbini belə izah edib: “Komandada bir qədər yorğunluq var idi. Buna qədər çox güc sərf etmişdik. Lakin bütün bunlar qələbə qazanmağmıza mane olmadı”. 

Fransız futbolçu bildirib ki, məqsədləri mövsümü qələbə ilə başa vurmaq idi: “Kəpəz”lə görüşün nəticəsi turnir cədvəli baxımından əhəmiyyət kəsb etmirdi. Buna baxmayaraq, mövsümün son oyun idi. Qalib gəlmək istəyirdik. Baş məşqçimiz də bizdən 3 xal qazanmağımızı tələb edirdi. Çempionatı qələbə ilə başa vurmaq istəyirdik”. 

Faraj “Neftçi”nin avrokuboklarda uğurlu çıxış edəcəyinə inanır: “Təbii ki, avrokuboklara vəsiqə qazandığımız üçün şadıq. Lakin bununla kifayətlənmək olmaz. İndi qrup mərhələsi barədə düşünməliyik. Baş məşqçimizlə biz bunu bacararıq”. 

Sonda 27 yaşlı futbolçu ölkəmizdə özünü yaxşı hiss etdiyini vurğulayıb: “Klubla hələ 2 illik müqaviləm var. “Neftçi”də hər şey məni qane edir. Bakıda olmaqdan məmnunam”.

Seçilən
55
1
teleqraf.com

2Mənbələr