“Roma” futbolçusu Mario Hermozo ilə müqaviləni uzadıb.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İspaniyalı müdafiəçinin anlaşması 2027-ci ilin yayına kimi artırılıb.
Qeyd edək ki, Mario başa çatan mövsümdə A seriyasında 27 oyunda 3 qol vurub, 2 məhsuldar ötürmə edib.