AZ

Niyə parlaq yuxulardan sonra özümüzü yorğun hiss edirik?

Bir çox insan ən azı bir dəfə parlaq və emosional yuxularla dolu gecədən sonra tam yorğunluq hissi ilə oyanıb. Alimlər bildirirlər ki, səbəb yuxunun məzmunundan çox, yuxunun keyfiyyəti və beynin istirahət zamanı necə işləməsi ilə bağlıdır.

Publika.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə "The Independent” yazır.

Məqalədə qeyd olunur ki, parlaq yuxulardan sonra baş "ağır” hiss edilə, düşüncələr qarışıq ola və orqanizm özünü istirahət etmiş kimi hiss etməyə bilər. Hətta elə görünə bilər ki, beyin bütün gecə fasiləsiz işləyib.

Hər kəs yuxu görür, sadəcə hamı bunu xatırlamır

"Yuxuların əsas hissəsi REM adlanan sürətli yuxu mərhələsində yaranır. Bu mərhələ ümumi gecə yuxusunun təxminən 20–25%-ni təşkil edir. İnsan gecə ərzində dörd-altı REM dövrü keçirir və səhərə yaxın bu mərhələlər daha uzun olur”, deyə məqalədə bildirilir.

Seçilən
24
3
publika.az

4Mənbələr