AZ

XİN rəhbəri: Rumıniya Azərbaycanla bütün sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə sadiq qalır

Rumıniya Azərbaycanla güclü strateji tərəfdaşlığı bir daha təsdiqləyir və enerji, nəqliyyat da daxil olmaqla bütün sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə tam sadiq qalır.

APA xəbər verir ki, bu barədə Rumıniyanın xarici işlər naziri Toiu Oana Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik mesajında deyilir.

Nazir paylaşımında Azərbaycan hökuməti və xalqına “sevinc dolu bayram və davamlı firavanlıq” arzulayıb.

Rumıniya XİN rəhbəri həmçinin “Yaşıl Enerji Dəhlizi” və Qara dəniz–Xəzər dənizi nəqliyyat marşrutunun regional bağlantının genişlənməsinə Rumıniya və Azərbaycanın strateji töhfəsi olduğunu vurğulayıb.

Seçilən
27
4
apa.az

6Mənbələr