Norveçin Baş naziri Yonas Qar Styore ölkəsinin Fransanın nüvə müdafiə sistemi ilə qorunacağını açıqlayıb.
Editor.az xəbər verir ki, məlumata görə, Styore bu qərarın Avropadakı təhlükəsizlik vəziyyəti, xüsusilə Rusiyanın genişmiqyaslı nüvə silahlanması və Ukraynadakı müharibə fonunda qəbul edildiyini bildirib.
Baş nazir qeyd edib ki, sülh dövründə Fransanın nüvə silahları Norveç ərazisində yerləşdirilməyəcək.
Fransa Prezidenti Emmanuel Macron isə Norveçin “qabaqcıl nüvə çəkindirmə sistemi”nə qoşulduğunu təsdiqləyib.
Bundan əvvəl Rusiyanın Parisdəki səfiri Aleksey Meşkov Fransanın nüvə arsenalını artırmaq planlarının strateji sabitlik və silahsızlanma üzrə danışıqlara mənfi təsir göstərəcəyini bildirmişdi.
Rusiya tərəfi həmçinin Fransanın nüvə potensialını genişləndirməsi halında cavab addımlarının atılacağını bəyan edib.
//Gülnarə Abasova, Editor.az