AZ

Epşteynin köməkçisindən şok iddialar

ABŞ Konqresində Epşteyn işi üzrə keçirilən qapalı dinləmədə diqqətçəkən ifadə verilib.

Publika.az ABŞ mediasına istinadən xəbər verir ki, milyarder Cefri Epşteynin keçmiş köməkçisi Sarah Kellen ilk dəfə geniş açıqlama ilə çıxış edərək, ona qarşı səsləndirilən ittihamları rədd edib.

Kellen bildirib ki, o, Epşteyn və Qisleyn Maksvell tərəfindən illərlə cinsi və psixoloji zorakılığa məruz qalıb. “Mən cinayət ortağı deyil, qurban idim”, - deyə o vurğulayıb.

Keçmiş köməkçi ifadəsində Epşteyn tərəfindən manipulyasiya edildiyini, nəzarət altında saxlanıldığını və psixoloji təzyiqə məruz qaldığını iddia edib.

Kellen həmçinin Konqres üzvlərinə yeni adlar da təqdim edib. Bu isə Epşteyn işi üzrə istintaqda yeni əlaqələrin ortaya çıxa biləcəyi ehtimalını gücləndirib.

Seçilən
78
publika.az

1Mənbələr