AZ

Azərbaycan minifutbol millisi Avropa çempionatında mübarizəyə başlayır

Bakı, 28 may, AZƏRTAC

Bu gün minifutbol üzrə Azərbaycan millisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında ilk oyununu keçirəcək.

AZƏRTAC xəbər verir ki, F qrupunda yer alan yığma startda Avstriya seçməsi ilə qarşılaşacaq.

"Tipos Arena"da oynanlacaq qarşılaşma Bakı vaxtı ilə saat 15:30-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan minifutbol millisi qrupda növbəti matçlarını mayın 29-da İtaliyaya, 30-da isə Fransaya qarşı keçirəcək.

 

Seçilən
34
azertag.az

1Mənbələr