Bakı, 28 may, AZƏRTAC
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış etmək uğrunda pley-off matçı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, həlledici görüşdə "Qəbələ" və "Mingəçevir" komandaları üz-üzə gələcəklər.
Saat 18:30-da Sumqayıtdakı "SOCAR Polymer Arena"da reallaşacaq matçı FIFA referisi Tural Qurbanov idarə edəcək. Cütün qalibi yeni mövsümdə əsas liqada mübarizə aparacaq.
Qeyd edək ki, başa çatan mövsümdə "Qəbələ" Premyer Liqada 11-ci yeri, "Mingəçevir" isə I Liqada 2-ci pilləni tutub.