sport24.az saytına istinadən ain.az xəbər verir.
"Mənim üçün həm çox çətin, həm də çox qürurverici anlardır". Sport24.az xəbər verir ki, bu sözləri "Neftçi"dən Kiprin "Pafos" klubuna keçən Murad Məmmədov sosial şəbəkə hesabında yazıb.Gənc vinger "ağ-qaralar"la vidalaşıb:"On üç il əvvəl böyük arzularla "Neftçi"nin qapısından içəri girdim və bu klub mənim üçün sadəcə komanda olmadı, ikinci evimə, ailəmə və həyat məktəbimə çevrildi. Burada böyüdüm, bu formanı daşımağın əsl dəyərini öyrəndim, həm qələbənin sevincini, həm də məğlubiyyətin acısını yaşadım".Məmmədov hər zaman yanında olan möhtəşəm "Neftçi" azarkeşlərinə təşəkkür etdiyini söyləyib:"Sevginiz, dəstəyiniz və inamınız hər oyunda mənə əlavə güc verdi. Ən çətin anlarda belə bizi dəstəkləməkdən vaz keçmədiniz və bunu heç vaxt unutmayacağam. Bu formanı geyinərək meydana çıxdığım hər dəfə sizin üçün əlimdən gələnin maksimumunu etməyə çalışdım. Bu illər ərzində mənə güvənən, inkişafıma dəstək olan və daim arxamda duran klub rəhbərliyinə də təşəkkür edirəm. Burada qazandığım təcrübə və xatirələr ömür boyu mənimlə qalacaq".O, birlikdə meydanı bölüşdüyü bütün komanda yoldaşlarıma xüsusi təşəkkür edib:"Sizinlə təkcə dostluq deyil, qardaşlıq da qazandım. Soyunub-geyinmə otağında keçirdiyimiz hər an və meydanda, meydandan kənarda paylaşdığımız bütün emosiyalar mənim üçün həmişə çox dəyərli olacaq. Eyni zamanda, bu klub üçün çalışan bütün məşqçilərə, həkimlərə, fizioterapevtlərə, tibbi heyətə və görünməyən arxa plandakı insanlara dərin minnətdarlığımı bildirirəm. Sizin zəhmətiniz və fədakarlığınız futbolçular üçün hər zaman çox önəmli olub. Bu vida son deyil. Mən həmişə "Neftçi" ailəsinin bir parçası olaraq qalacağam və klubun uğurlarını ürəkdən dəstəkləməyə, qeyd etməyə davam edəcəyəm. Hər şey üçün təşəkkür edirəm. Bütün nöqsanlarıma görə məni bağışlayın".
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.