AZ

İsmayıllıda çaya aşan avtomobildə köməksiz vəziyyətdə qalan 4 nəfər xilas edilib

İsmayıllıda avtomobil çaya aşıb, 4 nəfər köməksiz vəziyyətdə qalıb.

APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə dünən gecə saatlarında baş verib.

1980-ci il təvəllüdlü Cümşüd Hüseynova məxsus “Niva” markalı avtomobildə sürücü və sərnişinlər köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Girdiman çayının İsmayıllı rayonu, Zərnava kəndindən keçən hissəsində avtomobildə köməksiz vəziyyətdə qalan 4 nəfər FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri tərəfindən xilas edilib.

Seçilən
46
12
apa.az

10Mənbələr