Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixi Avropa diplomatiyası rəhbəri Kaya Kallasın ABŞ səfirliyinin Rusiya Xarici İşlər Nazirliyinin "sistemli zərbələr" barədə xəbərdarlığından sonra Kiyevi tərk etməsi ilə bağlı açıqlamalarını təkzib edib.
"Unikal" xəbər verir ki, o, bu barədə yerli mətbuata açıqlama verib.
Tixi bildirib ki, "ABŞ səfirliyinin getməsi ilə bağlı məlumat doğru deyil".
Avropa diplomatiyasının rəhbəri Kaya Kallas daha əvvəl ABŞ-nin Kiyevdəki səfirliyini təxliyə etdiyini, bütün Avropa ölkələrinin diplomatik nümayəndəliklərinin isə qaldığını bildirmişdi.
Gülayə Mecid