AZ

Qoz yemək üçün ən doğru zaman nə vaxtdır?

İnsan orqanizminin ümumi sağlamlığı və rifahı üçün əvəzsiz qida maddələri ilə zəngin olan qoz, xüsusi forması ilə insan beynini xatırlatdığı kimi, neyron fəaliyyətinin güclənməsinə də birbaşa möcüzəvi təsir göstərir.

Demokrat.az
beynəlxalq qidalanma ekspertlərinin və pəhriz mütəxəssislərinin elmi araşdırmalarına istinadən xəbər verir ki, bitki mənşəli omeqa-3 yağ turşularının ən zəngin mənbəyi sayılan, həmçinin bol miqdarda zülal, dəmir, maqnezium, kalium, sink, fosfor və müxtəlif vitaminlərlə dolu olan bu unikal çərəzin orqanizm tərəfindən maksimum mənimsənilməsi üçün ən ideal zaman kəsiyi səhər saatlarıdır. 

Ekspertlərin fikrincə, qoz ləpələrini gecədən suda isladıb, səhər tezdən ac qarnına istehlak etmək metabolizmi aktivləşdirir və gün ərzində bədənin enerji balansını təmin etməklə yanaşı, insan sağlamlığına bir çox az tanınan və olduqca mühüm faydalar qazandırır. 

Gündəlik rasionda təxminən 50 qram isladılmış qoz qəbul etmək tərkibindəki omeqa-3 ALA, polifenollar və E vitamini sayəsində koqnitiv (əqli) funksiyaları sürətləndirir, diqqət dağınıqlığını aradan qaldırır və uzunmüddətli dövrdə yaddaşın güclənməsinə, eləcə də konsentrasiyanın artmasına əhəmiyyətli dərəcədə kömək edir.

Səhərlər isladılmış qoz yemək karbohidratların bağırsaqdan udulma sürətini yavaşlatdığı üçün gün ərzində qan şəkərinin qəfil sıçrayışlarının qarşısını alır, şəkər səviyyəsini sabitləşdirir və daxili lif, sağlam yağlar, zülal kombinasiyası sayəsində bədənə uzunmüddətli toxluq hissi bəxş edir. Bu unikal pəhriz vərdişi eyni zamanda ürək-damar sisteminin fəaliyyətini tənzimləyir, çünki qozun müntəzəm qəbulu qanda LDL, yəni "pis xolesterin" səviyyəsini kəskin azaldır, damar divarlarındakı iltihabi proseslərin qarşısını alır və beləliklə, arterial sağlamlığı maksimum dərəcədə qoruyur. Yüksək kalorili qida olmasına baxmayaraq, tərkibindəki pəhriz lifləri sayəsində iştahanı və aclıq böhranlarını nəzarətdə saxlayan qoz, çəki itirmək və piylənmədən qurtulmaq istəyənlər üçün də mükəmməl köməkçi vasitədir.

Seçilən
21
demokrat.az

1Mənbələr