AZ

Tramp bu dəfə Omanı hədələdi: Havaya uçurarıq 

“Oman Hörmüz boğazında hər kəs kimi davranacaq, əks halda partlatladacağıq. Omanı havaya ucuracağıq. Onlar bunu başa düşürlər".

Ölkə.az  xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp kabinetin iclasından sonra İran kimi Hörmüz boğazı üzərində hüquq iddiası ilə çıxış edən Omana qarşı sərt təhdidlə çıxış zamanı deyib.

 "Vaxt gələndə qayıqları Hörmüz boğazından buraxacağıq. Hörmüz boğazı hər kəs üçün açıq olacaq və heç kim onu idarə etməyəcək", -Tramp qeyd edib.

Gərginlik İranın Hörmüz boğazından keçən ticarət gəmilərindən rüsum almaq üçün Omanla birgə mexanizm yaratmaq istəyindən irəli gəlir. Lakin ABŞ administrasiyası bu plana qəti şəkildə qarşı çıxır və boğazın nəzarətinin heç bir ölkəyə verilməyəcəyini və beynəlxalq sərbəst keçid qaydalarına riayət ediləcəyini bildirir.

Mürtəza

Seçilən
24
1
olke.az

2Mənbələr