AZ

Yenə müharibə başlayır?

ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Yaxın zamanda ABŞ-nin İrana qarşı növbəti hücum əməliyyatları baş tuta bilər. 

Pentaqon Tehranı sərt xəbərdarlıq edib. Pentaqonun katibi Pit Heqset İran hakimiyyətini nüvə ambissiyalarından əl çəkməyə və Vaşinqtonun şərtlərinə razı olmağa çağırıb. ABŞ prezidenti Donald Tramp və onun administrasiyasının üzvləri arasında keçirilən görüşdə Heqset bildirib ki, ABŞ ordusu İranla danışıqlarda Tehranın nüvə silahı əldə etməsinə mane olan bir razılaşma əldə edilməsə, İrana qarşı hərbi əməliyyatları bərpa etməyə hazırdır. 

"Ya danışıq aparanlarınız heç vaxt nüvə silahına sahib olmamalarına zəmanət verəcəklər, ya da bunu etmək üçün Müdafiə Nazirliyinə müraciət etməli olacağıq. Biz buna hazırıq", - deyə Heqset qeyd edib. 

ABŞ-nin blokadasının İran limanlarına və iqtisadiyyatına ciddi zərbə vurduğunu deyən Pentaqon rəhbəri hərbi təzyiqin Tehranı danışıqlar masasına oturmağa məcbur etdiyini də vurğulayıb.

Məsələ ilə bağlı politoloq Məhəmməd Əsədullazadə “Cebheinfo.az” – a şərhində qeyd edib ki, Yaxın Şərqdə yenidən genişmiqyaslı mübaribənin başlanması mümkün görünmür: 

“ABŞ ilə İran arasında aparılan dolayı danışıqlarda müsbət dinamika var. İran tərəfi zənginləşdirilmiş uranı Çinə verməyə hazırdır. Bəli, ABŞ Prezidenti Donald Tramp və Pentaqon rəhbəri Pit Heqset İranı müəyyən mənada təhdid edirlər, amma göründüyü kimi Pakistan və Qətərin vasitəçiliyi ilə tərəflər arasında intensiv danışıqlar aparılır. Danışıqlar prosesində müəyyən razılaşmalar var”.

O qeyd edib ki, İran nüvə silahına malik olmaqda maraqlı deyil: 

“ABŞ çalışır ki, İrana daha çox şərtlər və tələblər irəli sürsün və bir neçə gün bundan əvvəl Hözmüz sularında İranın bir neçə hərbi obyektinə raket zərbələri endirib. 

İran isə cavab atəşi açmayıb. Hesab edirəm ki, ABŞ ilə İran arasında çərçivə sazişi imzalana bilər. Ancaq regionda növbəti günişmiqyaslı müharibənin başlanması mümkün görünmür”. 

Yunis Abdullayev 

“Cebheinfo.az”

Açar sözlər:

ABŞ İran Məhəmməd Əsədullazadə

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
30
1
cebheinfo.az

2Mənbələr