AZ

Məşhur repçi İstanbulda konsert verəcək

Antisemit çıxışları və nasist təbliğatı səbəbindən Avropanın bir çox ölkəsində konsertləri qadağan edilən amerikalı repçi Kanye Vest (Ye) 30 may tarixində İstanbulda səhnəyə çıxacaq.

"Euronews" xəbər verir ki, Atatürk Olimpiya Stadionunda keçiriləcək festival formatlı bu böyük tədbirdə digər məşhur sənətçi Travis Skottun da çıxış edəcəyi gözlənilir.

Təxminən 120 min nəfərin qatılacağı proqnozlaşdırılan konsert üçün şəhər rəhbərliyi tərəfindən sərnişinlərə 100 pulsuz avtobus xidməti təşkil olunacaq.

Qeyd edək ki, Avropadakı ləğvlərə baxmayaraq, özünü bəraət qazandıran və hərəkətlərini bipolar pozuntu ilə əlaqələndirən repçinin yay aylarında Niderland, Albaniya və Çexiyada da konsertləri planlaşdırılır.

Seçilən
18
1
kulis.az

2Mənbələr