AZ

“Vosmoy” bazarın ətrafında avtomobillərin parklanmasına nəzarət gücləndirildi - DYP nişanın tələblərini pozanları cərimələyir

Bakının Nizami rayonunda yerləşən “Riko Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus bazarın (keçmiş adı “8-ci km Ticarət Mərkəzi” – “Vosmoy” bazar-red) ətrafında avtomobillərin parklanmasına nəzarət gücləndirilib.

 

Pravda.az-ın xəbərinə görə, Dövlət Yol Polisi quraşdırılan 3.27 (“dayanmaq qadağandır”) tələblərinə əməl etməyənlərə cərimə tətbiq edir. Buna baxmayaraq qanunsuz park edənlərin sayı kifayət qədərdir.

 

“Azparking” MMC-nin əməkdaşları da parklanma yerlərinə ciddi nəzarət edirlər.

 

Alıcılar və ətrafda yaşayan sakinlər görülən tədbirlərdən razılıqlarını ifadə edirlər.

 

Qeyd olunub ki, nəzarət olmadıqda əraziyə giriş-çıxış mümkün olmur, sıxlıq yaranır, siqnal səsləri narahatlıq yaradır.

 

Kərim

Fotoları təqdim edirik
Tarix: 28 May 2026, 12:16   
Seçilən
9
pravda.az

1Mənbələr