AZ

Moldova səfirinin oğlu Şuşada Şən Azərbaycan mahnısını ifa edib

ain.az bildirir, Baku.ws portalına istinadən.

Moldovanın Azərbaycandakı səfiri Aleksandr Esaulenkonun oğlu Slava Şuşada Polad Bülbüloğlunun məşhur "Şən Azərbaycan" mahnısını ifa edib.

BAKU.WS xəbər veirir ki, müvafiq paylaşımı Moldova səfiri "Facebook" sosial şəbəkəsində yerləşdirib.

İstedadlı gənc mahnını Şuşa qalasının fonunda Azərbaycan və rus dillərində ifa edib.

"Azərbaycan Respublikasını və Azərbaycan xalqını 28 May - Müstəqillik Günü münasibətilə təbrik edirəm! Oğlum bu mahnı ilə Azərbaycana olan hörmət və sevgisini ifadə edir", - diplomat videoya şərhində yazıb.

Qeyd edək ki, Slava Esaulenko Azərbaycan cəmiyyətinin mədəni həyatında fəal iştirak edir.

O, Bakı şəhərinin 20 nömrəli orta məktəbinin şagirdidir, eyni zamanda 16 nömrəli Musiqi Məktəbində təhsil alır. Slava dəfələrlə müxtəlif mədəni tədbirlərdə çıxış edib və tanınmış Azərbaycan bəstəkarlarının əsərlərini ifa edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
53
8
baku.ws

1Mənbələr