ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qazaxın 2026-cı il üçün “İdman Paytaxtı” seçilməsi münasibətilə Azərbaycan Alpinizm Federasiyasının təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən “Zirvəyə doğru - Qazax 2026” düşərgə və yürüş proqramına bu gün start verilib.
İdman.Biz-in məlumatına görə, Qazax rayonunun Qarasu gölü ərazisində təşkil olunan tədbir çərçivəsində iştirakçılar qayalarda dırmanma, yürüş və açıq hava fəaliyyətlərində iştirak edirlər.
Proqram çərçivəsində Damcılı bulaq, Avey məbədi, Qızılqaya dağı, mağaralar və Göyəzən dağı istiqamətində yürüşlərin təşkili nəzərdə tutulub.
Tədbirdə Azərbaycan Alpinizm Federasiyasının baş katibi Sənan Rəsulov, federasiyanın vitse-prezidenti Yaqub Əsədov, həmçinin Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev iştirak edirlər.
Qeyd edək ki, “Zirvəyə doğru - Qazax 2026” yürüş proqramı 29 may tarixində yekunlaşacaq.


Araz Xəlilli
İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.