ain.az, Moderator.az saytına istinadən bildirir.
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.
Moderator.az xəbər verir ki, nazirlik bu barədə "X" sosial media hesabında paylaşım edib.
"28 May 1918-ci ildə yüksələn istiqlal ruhu bu gün də Türkiyə və Azərbaycanın qəlbində yaşayır.
Qardaş ölkə Azərbaycanın Müstəqillik Gününü təbrik edir, nəcib Türk millətinin ayrılmaz parçası olan Azərbaycan xalqını qürurla salamlayırıq.
Vətəni uğrunda canından keçən əziz şəhidlərimizi rəhmət və minnətdarlıqla yad edir, qəhrəman qazilərimizə dərin təşəkkürümüzü bildiririk", - paylaşımda bildirilib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.