AZ

Ali Radanın deputatı: Azərbaycanın dostluğunu çox yüksək qiymətləndiririk

Ukrayna və Azərbaycanı, iki xalqı artıq əsrlər boyu olan dostluq və münasibətlər bağlayır, o cümlədən ən yeni tariximizdə də çox ortaq cəhətlər var.

Bunu "Report"un Şərqi Avropa bürosuna Ukrayna Ali Radasının deputatı Oleksiy Qonçarenko Azərbaycanın müstəqilliyinin 108-ci ildönümü münasibətilə açıqlamasında deyib.

O bəyan edib ki, Ukrayna daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib:

"Azərbaycanın işğal olunmuş əraziləri var idi, bu gün isə bizdə var. Bilirik ki, Azərbaycan bizim ərazi bütövlüyümüzü dəstəkləyir. Ümumiyyətlə, mən hesab edirəm ki, ölkələrimiz strateji əhəmiyyətlidir".

O. Qonçarenko vurğulayıb ki, Azərbaycan və Ukrayna enerji, aqrar potensial, nəqliyyat, mühüm region olan Qara dəniz baxımından bir-birini çox yaxşı tamamlayır.

"Biz Azərbaycanın dostluğunu və dəstəyini çox yüksək qiymətləndiririk. Biz çox ümid edirik ki, strateji tərəfdaşlığımız yalnız möhkəm olacaq" - deyə, o, əlavə edib.

Seçilən
31
far.az

1Mənbələr