AZ

Qızlar məktəbində dəhşətli yanğın: 10 şagird öldü

Keniyanın şimal-qərbindəki qızlar üçün nəzərdə tutulmuş internat məktəbində baş verən yanğında 10 şagird həyatını itirib.

"Cebheinfo.az" xəbər verir ki, Rift Valli bölgəsi üzrə polis müdiri Samuel Ndanyi verdiyi yazılı bəyanatda Nakuru şəhərindəki qızlar internat məktəbində gecə saatlarında yanğın çıxdığını bildirib.

Ndanyi yanğın nəticəsində 10 şagirdin dünyasını dəyişdiyini, çox sayda şagirdin isə xəsarət aldığını diqqətə çatdırıb.

Yanğının şagirdlərin yatdığı saatlarda başladığına diqqət çəkən Ndanyi, alovun binada sürətlə yayıldığını və məktəb kampusunda böyük təşvişə səbəb olduğunu ifadə edib.

Ndanyi faciədən zərər çəkən bütün şagirdlərin vəziyyətini müəyyənləşdirməyə çalışdıqlarını, həmçinin yanğının başvermə səbəblərinin aydınlaşdırılması üçün araşdırmalara başlanıldığını qeyd edib.

Seçilən
27
cebheinfo.az

1Mənbələr