AZ

Boksda Gəncə fərqi: 57 komanda arasında birinci oldular FOTO

Idman.biz saytından verilən məlumata görə, ain.az xəbər verir.

Boks üzrə kadetlər arasında zona birinciliklərinin final mərhələsi başa çatıb.

İdman.Biz xəbər verir ki, Şamaxıda təşkil olunan yarışda ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 57 komandanın 159 idmançısı qüvvəsini sınayıb.

Altı gün davam edən turnirdə 18 çəki dərəcəsi üzrə çempionlar və medalçılar müəyyənləşib. Komanda hesabında Gəncə təmsilçisi dörd qızıl və iki bürünc medalla birinci yeri tutub.

İkinci pillədə “Neftçi” İK qərarlaşıb. Komanda yarışı iki qızıl və yeddi bürünc medalla başa vurub. İlk üçlüyü isə bir qızıl və iki gümüş medal qazanan Daxili İşlər Nazirliyinin İdman Klubu (DİN İK) tamamlayıb.

Final mərhələsinin ən yaxşı boksçusu adına Rusif Nəsirli layiq görülüb. Sumqayıt-Təhsil təmsilçisi turnirin fərqlənən idmançısı seçilib. Ən yaxşı hakim mükafatı isə Ruslan Qasımova verilib.

Qeyd edək ki, yarışın mükafatçıları yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq turnirlərdə Azərbaycanı təmsil edəcəklər.

Zona birinciliklərinin final mərhələsi:

38 kq

1. Yusif Nəsirov (Masallı)

2. Fətəli Nəcəfov (Hacıqabul)

3. Teymur Hacızadə (“Rahim” BK)

3. Əlhəm Əsgərzadə (BBBOX)

40 kq

1. Yusif Mustafazadə (“Neftçi” İK)

2. Hüseyn Rəhimli (Masallı)

3. Yavər Qurbanlı (Qaradağ)

3. Kərim Qurbanlı (Sumqayıt-Təhsil)

42 kq

1. Rusif Nəsirli (Sumqayıt-Təhsil)

2. Hümbət Almazov (Qazax)

3. Zülfüqar İsayev (AHİTA)

3. Sərxan Əliyev (UGM-13)

44 kq

1. İbrahim Abasov (“Neftçi” İK)

2. Əlimədəd Qədirli (UGM-11)

3. Asif Məmmədov (“Roman” İK)

3. Raul Oruclu (MOİK)

46 kq

1. Murad Alışov (RKİM)

2. Ayxan Xasməmmədov (“Balakən” BK)

3. Ramin Ələsgərov (AHİTA)

3. Müslim Ələkbərov (“Neftçi” İK)

48 kq

1. Mətin Məmmədov (Gəncə-2)

2. Kənan Fətullayev (“Balakən” BK)

3. Hüseyn Hüseynov (“Neftçi” İK)

3. Ümid Hasilov (RRBOX)

50 kq

1. İkram Əhmədli (MUS70)

2. Əli Mehdiyev (Naftalan)

3. Səid Məmmədli (Lənkəran RİM)

3. Şahin Əliyev (Astara)

52 kq

1. Rəvan Rəcəbli (Gəncə)

2. Zamiq Rəcəbli (Z-1 İK)

3. Sənan Nəsibli (Qazax)

3. Ziyarət Hümbətov (RKİM)

54 kq

1. Sadiq Xəlilov (Naxçıvan MR)

2. Yusif Məmmədov (MOİK)

3. Anar Tağızadə (Gəncə)

3. Hüseyn Abasov (Hacıqabul)

57 kq

1. Yusif Əli (Gəncə)

2. Vüqar Mustafazadə (Qazax)

3. Ələkbər Məmmədli (Cəlilabad)

3. Məhəmmədəli Bağırzadə (“Cənub” İK)

60 kq

1. Yunis Nəcəfli (UGM-13)

2. Tofiq Hacılı (Mingəçevir)

3. Camal Əkbərov (AHİTA)

3. Vidadi Hüseynli (“Roman” İK)

63 kq

1. Nazim Qazıyev (Balakən)

2. Sunay Əzimov (DİN İK)

3. Tunar Ağakişili (“Qızıl əlcək” İK)

3. Şakir Nəcəfov (“Neftçi” İK)

66 kq

1. Rafael Abbasov (Gəncə)

2. Araz Quliyev (Balakən)

3. Nicat Qəhrəmanlı (“Neftçi” İK)

3. Uğur Əliyev (AHİTA)

70 kq

1. Sərxan Haqverdiyev (Gəncə)

2. Kənan Şükürov (Masallı)

3. Əhməd Bağırov (Lənkəran RİM)

3. Səttar Babayev (Ağcabədi)

75 kq

1. Həsən Lütfəliyev (“Qızıl əlcək” İK)

2. Raul Məlikov (ROİL)

3. Ənvər İbrahimli (“Roman” İK)

3. Qorxmaz Əliyev (“Neftçi” İK)

80 kq

1. Fərhad Əhmədli (DİN İK)

2. Tahir Xəlilov (DİN İK)

3. Elşən Hüseynov (“Neftçi” İK)

3. Sultan Əzimov (Astara)

90 kq

1. Teymur Tanrıverdiyev (Balakən)

2. Hüseyn İsmayılov (FHN)

3. İbrahim Tarverdiyev (“Neftçi” İK)

3. Amin Məmmədov (Gəncə)

+90 kq

1. Ülvi Əlisəid (“Qara papaq” İK)

2. Rafael Mürsəquliyev (Şabran)

3. Sadiq Nəsirov (Şəmkir)

3. Hüseyn Aydəmirli (“Səbail” İK)

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
66
icma.az

1Mənbələr