AZ

Numan Kurtulmuş: Ümidvaram ki, Azərbaycanın müstəqilliyi əbədi olacaq

Ankara, 28 may, AZƏRTAC

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.

AZƏRTAC xəbər verir ki, Türkiyə parlamentinin sədri sosial media paylaşımında “Bir millət, iki dövlət” kəlamı işığında Türkiyə və Azərbaycanın birliyini vurğulayıb.

“Ortaq tarixi, mədəniyyəti və qardaşlığı paylaşdığımız Azərbaycanı ürəkdən təbrik edirəm. Ümid edirəm ki, qardaş ölkəmizin müstəqilliyi əbədi olacaq”- deyə Türkiyə Böyük Millət Məclisinin sədri yazıb.

Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Seçilən
37
2
azertag.az

4Mənbələr