AZ

Rahid Əmirquliyev: Başqa təklifləri olsa da, mənə görə klubda qalmışdı

ain.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Çempionatın əvvəlində müəyyən çətinliklər yaşasaq da, mövsümü uğurlu nəticə ilə başa vurduq. Məqsədimiz liqada qalmaq idi. Çempionatı 5-ci pillədə bitirməyimiz klub üçün uğurlu nəticə sayılır. Qış fasiləsindən sonra komandamız daha yaxşı çıxış etdi". Bu sözləri Sport24.az-a açıqlamasında "Şahdağ Qusar"ın kapitanı Rahid Əmirquliyev deyib.Təcrübəli futbolçu baş məşqçi Elnur Abdullayevlə yolların ayrılmasına da münasibət bildirib:"Baş məşqçimiz Elnur Abdullayevlə yollarımız ayrıldı. Bu qərar mənim üçün gözlənilməz oldu. Bildiyiniz kimi, "Şahdağ Qusar"ın yeni prezidenti var. Ötən ilin sonunda Samir Xeyirbəyov kluba rəhbər təyin olunub. Baş məşqçinin göndərilməsi ilə bağlı qərar da Samir müəllimə məxsusdur. İkinci dövrədə yaxşı nəticələr əldə etmişdik və düşünürdük ki, Elnur müəllim komandada qalacaq. İstənilən halda, qərara hörmətlə yanaşırıq. Növbəti mövsümlə bağlı isə hələlik heç nə deyə bilmərəm. Bu mövsümün əvvəlində Elnur Abdullayevin başqa təklifləri olsa da, mənə görə klubda qalmışdı. Hazırda klub rəhbərliyinin qərarlarını gözləyirik".Qeyd edək ki, "Şahdağ Qusar" 2025/2026 mövsümündə Birinci Liqanı 43 xalla 5-ci pillədə başa vurub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
1
sport24.az

2Mənbələr