AZ

Tatlısəs bayramda pul paylaşdı

Axsham.az saytına istinadən ain.az xəbər verir.

Bir müddətdir səhhətində yaranan problemlərlə gündəmə gələn məşhur türkiyəli sənətçi İbrahim Tatlısəs yenidən əvvəlki enerjisinə qovuşub.

Axşam.az xəbər verir ki, sağlamlığını tam bərpa edən sənətçi Qurban bayramında da ənənəsini pozmayaraq ailə üzvlərinə səxavətli davranışı ilə diqqət çəkib. O, bayram günü evində oturaraq, yanına bir topa pul qoyub. Tatlısəs əlini öpən hamıya pul paylayıb.

Uzun müddət sonra yenidən sağlam və gümrah görünən İbrahim Tatlısəsin bayram görüntüləri sosial şəbəkələrdə də böyük maraqla qarşılanıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
51
2
axsam.az

3Mənbələr