AZ

Şevçenko maaşını açıqladı, azlığından gileyləndi

Ukrayna Futbol Assosiasiyasının prezidenti Andrey Şevçenko başçılıq etdiyi qurumun rəhbəri kimi alacağı maaş ın məbləğini açıqlayıb.

Fanat.Az xəbər verir ki, onun sözləri "Bombardyr" YouTube kanalı çatdırıb.

Əfsanəvi futbolçu hazırda ayda 25 min dollar aldığını deyib: 

"UAF büdcəsinin əmək haqqına ayrılan xərc hissəsi təşkilatın büdcəsinin 15-16%-ni təşkil edir. Bu, əvvəlki illərlə müqayisədə daha aşağıdır. Konkret, mən Ukraynada 25 min dollar qazanıram və bu məbləğdən vergi ödəyirəm. Mən həm də Böyük Britaniya sakiniyəm, ona görə də onlara orada da vergi verirəm. "Dinamo"dan sonra bu, indiyə qədər qazandığım ən aşağı maaşdır".

Andrey Şevçenko 25 yanvar 2024-cü ildən Ukrayna Futbol Assosasiyasının prezidentidir. Bundan əvvəl o, 2016-2021-ci illərdə Ukrayna millisini çalışdırıb. 

Mirağa

Seçilən
26
1
fanat.az

2Mənbələr