AZ

İran Trampın Hörmüz boğazı ilə bağlı sözləri fonunda Omanın yanında olduğunu bildirib

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

İran hakimiyyəti ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazının heç bir ölkə tərəfindən nəzarətə götürülməsinin yolverilməz olduğu barədə bəyanatından sonra Omanla həmrəylik ifadə edib.

Bizimyol.info xəbər verir ki, bu barədə İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Nazirliyin məlumatına əsasən, XİN nümayəndəsi ABŞ rəsmilərinin İran və regionun bəzi digər ölkələrinə yönəlmiş hədələyici açıqlamalarını pisləyib və dost ölkə Omanla həmrəy olduqlarını bildirib. Eyni zamanda, ABŞ-nin İran ərazisinə endirdiyi zərbələr də tənqid edilib.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp bəyan etmişdi ki, heç bir ölkənin strateji əhəmiyyətli Hörmüz boğazı üzərində nəzarət qurmasına icazə verməyəcək.

Bu açıqlamalar regionda gərginliyin artdığı bir dövrə təsadüf edir.

Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
icma.az

1Mənbələr