AZ

Bu ölkə Avropa və Asiya bazarında Rusiya qazını əvəz etməyi hədəfləyir

Kanada Avropanın və Asiyanın enerji təhlükəsizliyi sahəsində həll yollarından biridir və onun təbii qazı (LNG) bazarda Rusiya qazını əvəz edəcək.

Publika.az xəbər verir ki, bu barədə Kanadanın baş naziri Mark Karni CBC-yə açıqlamasında bildirib.

O, ölkəsinin Avropa və Asiyanın enerji təhlükəsizliyində əsas alternativlərdən biri olduğunu qeyd edib.

Karni Kanadanın Avropanın, xüsusilə də Almaniyanın enerji təhlükəsizliyinə töhfə verdiyini vurğulayıb və bu sahədə Avropa tərəfdaşları ilə əməkdaşlığın daha da genişlənəcəyini əlavə edib.

Seçilən
22
publika.az

1Mənbələr