Ötən ilin dekabr ayında Lionel Messi GOAT turu çərçivəsində Hindistana səfər etmişdi. Məhz bu səfər zamanı Dünya Kubokunu əlində tutan Messinin 21 metrlik heykəlinin açılışı olmuşdu.
Publika.az BBC-yə istinadla xəbər verir ki, heykəl Kərlküttədən köçürüləcək.
Yerli sakinlərdən çoxsaylı şikayətlər gəldiyi üçün mühəndislər şüşə lif və dəmir konstruksiyanı təhlil edərək heykəli “təhlükəli” hesab ediblər.
Səbəb olduqca sadədir: güclü külək zamanı yellənir. Heykəlin sökülməsi tikinti işçiləri üçün ciddi bir problem yaradacaq, çünki heykəl magistral yola və metro stansiyasına olduqca yaxındır.