AZ

Yeni avtobuslar, köhnə problemlər: Bakı niyə hələ də dayanacaqda gözləyir?

Bakıda ictimai nəqliyyatla bağlı problemlər illərdir müzakirə olunsa da, sərnişinlərin narazılığı səngimək bilmir. AYNA yeni avtobusların xəttə buraxıldığını və xidmət keyfiyyətinin artırıldığını açıqlasa da, paytaxt sakinləri hələ də dayanacaqlarda uzun müddət avtobus gözləyir, sıxlıq və gecikmələrlə üz-üzə qalırlar. Görəsən, illərdir həll olunacağı vəd edilən nəqliyyat problemi niyə hələ də vətəndaşların əsas narazılıq mövzularından biri kimi qalır?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, sərnişindaşıma sistemində əsas problemlərdən biri avtobusların xəttə gec çıxması və dispetçer nəzarətinin tam effektiv qurulmamasıdır:

Utilizasiya

“Avtobus çatışmazlığı, sərnişinlərlə dispetçer məntəqələri arasında əlaqənin zəifliyi, tıxaclar və hərəkət təhlükəsizliyi ilə bağlı məsələlər problemləri daha da dərinləşdirir. İdarəetmədə müəyyən boşluqlar var. Bu səbəbdən də nəqliyyat sistemində yığılan problemlər bir nöqtədə düyünlənir”.

Ekspert qeyd edib ki, avtobusların tənzimlənməsi, ödəniş sistemi və bəzi xidmətlərin Bakı Metropoliteninin nəzarətinə verilməsi vəziyyətin yaxşılaşdırılması məqsədi daşısa da,
görüləcək işlər kifayət qədərdir:

“Bu problemlər birdən-birə yaranmadığı kimi, bir anda da həll olunmayacaq. AYNA-nın qarşısında ciddi vəzifələr dayanır və proses mərhələli şəkildə həll edilməlidir”.

Mütəxəssis hesab edir ki, ictimai nəqliyyatda real dəyişiklik üçün marşrut şəbəkəsinin yenidən qurulması, avtobus sayının artırılması və nəzarət mexanizmlərinin gücləndirilməsi vacibdir. Əks halda paytaxt sakinlərinin gündəlik nəqliyyat əziyyəti davam edəcək.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
46
1
konkret.az

2Mənbələr