AZ

Uşakov: Putindən Trampa heç bir mesaj çatdırılmayıb

Rusiya Prezidenti Vladimir Putindən ABŞ Prezidenti Donald Trampa heç bir mesaj çatdırılmayıb.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, Putin Lavrov vasitəsilə Trampa heç bir mesaj çatdırmayıb, Rusiya Kiyevə endirilən zərbələrlə bağlı ABŞ-a "müvafiq kanallar vasitəsilə" tövsiyə verib.

Kreml rəsmisi Moskvanın tövsiyyəsinə, Kiyevi tərk etmək xəbərdarlığına Vaşinqton tərəfindən hələlik cavab olmadığını deyib.

Uşakov Avropada Rusiya ilə danışıqlar aparacaq namizədlər barədə müzakirələrə də münasibət bildirib:

"Rusiyanın avropalılarla müzakirə edəcəyi çox şey var. Nə edək? Qoy namizədi seçsinlər".

Seçilən
22
5
apa.az

6Mənbələr