AZ

Qazaxıstan və Rusiya dostluq və mehriban qonşuluq haqqında birgə bəyanat imzaladılar

Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Astanada bir sıra ticari-iqtisadi layihələr, o cümlədən Amur pələnglərinin Qazaxıstanda reintroduksiyası (təbiətə yenidən qaytarılması) təşəbbüsləri, pilotsuz yük avtomobili marşrutunun işə salınması və "Sirius" məktəbinin fəaliyyəti ilə tanış olublar. Bu barədə "Kazinform" agentliyi məlumat yayıb.

Qazaxıstanın maarif naziri Juldız Süleymenova dövlət başçılarına Astanada "Sirius" məktəbinin tikintisinə başlanılması istiqamətində görülən işlər barədə məlumat verib.

Daha sonra dövlət başçıları "Qazaxıstan və Rusiya xalqlarının dostluğu və mehriban qonşuluğunun yeddi əsası haqqında" birgə bəyanatı imzalayıb və mübadilə ediblər.

Həmçinin Atom Enerjisi üzrə Agentlik və "Rosatom" AES-in (Atom Elektrik Stansiyasının) tikintisi layihəsinə dair hökumətlərarası sazişlərin mübadiləsini həyata keçiriblər.

Qazaxıstan və Rusiya Maarif nazirlikləri Qazaxıstanda "Sirius" məktəbinin yaradılması haqqında sazişlər, iki ölkənin Energetika nazirlikləri isə neft sahəsində əməkdaşlığın genişləndirilməsinə dair sazişlər mübadiləsi aparıblar.

XQ

Seçilən
33
xalqqazeti.az

1Mənbələr