AZ

İrina Şeyk "Blumarine"in siması oldu - FOTO

Dünyaşöhrətli supermodel İrina Şeyk "Blumarine" brendinin yeni kruiz kolleksiyasının reklam kampaniyasının baş ulduzu olub.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, yayımlanan fotosessiyada 40 yaşlı model geyimdən daha çox dəbdəbəli boyunbağını xatırladan, kristal qaşlarla bəzədilmiş büstqalter-topda (bra-top) kamera qarşısına keçib.
 

Dəb tənqidçiləri bu geyimdə dərhal kinematik altməna tapıblar. Belə ki, bu görünüş aktrisa İzabella Rossellininin 1992-ci istehsalı olan "Ölüm qadına yaraşır" (Death Becomes Her) adlı kult qara komediya filmindəki məşhur obrazına açıq bir istinaddır. Ssenariyə görə, əbədi gənclik vəd edən sirli cazibədar qadın rolunu canlandıran Rossellini ekranda məhz bədəni örtən çoxlaylı zinət əşyalarından ibarət büstqalterdə (halter-top) peyda olmuşdu.


İrina Şeykin təqdim etdiyi versiya isə həmin kult obrazın müasir interpretasiyasıdır. Burada rəngli daşlar əvəzinə şəffaf kristallar və gümüşü metal çiçəklərdən istifadə olunub, lakin oxşarlıq dərhal diqqət çəkir.

Fotoların birində Şeyk parıltılı topu saçaqlı uzun qara ətəklə kombinə edib. Digər kadrlarda isə o, qara alt paltarı (brif), şəffaf kalqotka və lələk dekorlu kardiqanda görünərək daha cəsarətli və teatral üslub nümayiş etdirib.

Brendin kreativ direktoru Devid Koma yeni kolleksiyanı belə xarakterizə edib: "Cazibədar və həssas, cəsur və zərif, eyni zamanda təhlükəli və gözəl".

Qeyd edək ki, bu bədii estetika İrina Şeyk üçün yad deyil. Model bu ayın əvvəlində baş tutan "Met Gala 2026" moda gecəsində də "Alexander Wang" imzalı, tamamilə tennis qolbaqlarından, zəncirlərdən və qiymətli daşlardan yığılmış büstqalteri və olduqca aşağı belli ətəyi ilə böyük səs-küy yaratmışdı.








Bizim.Media

Seçilən
30
1
bizim.media

2Mənbələr