Pekin, 28 may, AZƏRTAC
Çinin Kommersiya Nazirliyi Avropa İttifaqının yeni polad tariflərinə dair danışıqlar apardığını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, nazirlik danışıqların Avropa İttifaqının iyulun 1-dən qüvvəyə minən yeni polad tarifləri ilə əlaqədar Dünya Ticarət Təşkilatı çərçivəsində aparıldığını bəyan edib.
Nazirliyin rəsmi sözçüsü He Yadon bildirib ki, Aİ-nin bu addımı mahiyyət etibarilə ticarət proteksionizmidir və bu, həm polad sənayesinin rəqabət qabiliyyətini, həm də Çin-Aİ polad ticarətini ciddi şəkildə pozacaq, qlobal istehsal və təchizat zəncirlərinin sabitliyinə təsir edəcək. O qeyd edib ki, Çin danışıqlar yolu ilə qarşılıqlı faydalı nəticə əldə etməyə, eyni zamanda, Çin-Aİ iqtisadi-ticarət əlaqələrinin sabit və sağlam inkişafını təşviq etməyə ümid edir.
He Yadon deyib ki, əgər Aİ Çin şirkətlərinə, məhsullarına qarşı ayrı-seçkilik edərsə, Çin qanuni hüquq və maraqlarını qətiyyətlə qorumaq üçün müvafiq tədbirlər görəcək.