AZ

Zelenski Aİ ilə 90 milyard avroluq kredit müqaviləsini Ali Radaya təqdim edib

Ayna saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Təsdiq üçün minumum 226 deputatın səsi tələb olunur

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevə 90 milyard avroluq kredit verilməsi ilə bağlı Avropa İttifaqı (Aİ) ilə müqaviləni təsdiqləyən qanun layihəsini Ali Radaya təqdim edib.

AYNA.AZ-ın xəbərinə görə, Ali Radanın deputatı Yaroslav Jeleznyak “Telegram”da yazıb ki, Radanın Avropa İnteqrasiyası Komitəsinin sənədi 28 mayda – bu gün nəzərdən keçirməsi planlaşdırılır və elə bu gün səsverməyə çıxarılacağı gözlənilir. Təsdiq üçün minumum 226 deputatın səsi tələb olunur.

Xüsusilə, müqavilə Ukraynaya 90 milyard avro məbləğində (üç tranşda: 3,2 milyard avro, 3,7 milyard avro və 1,45 milyard avro) 8,35 milyard avro məbləğində makromaliyyə yardımının göstərilməsini nəzərdə tutur. İkinci tranşın (3,7 milyard avro) verilməsi, Aİ Şurası tərəfindən təsdiqlənəcəyi təqdirdə, təhlükəsizlik və müdafiə məqsədləri üçün nəzərdə tutulan mallar istisna olmaqla, xaricdən gələn bağlamalar üçün vergi güzəştlərini ləğv edən qanunun qəbul edilməsi və rəqəmsal platformalar vasitəsilə əldə edilən gəlirlərin vergiyə cəlb edilməsi haqqında qanunun qəbul edilməsi şərti ilə həyata keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
59
ayna.az

1Mənbələr