AZ

Eyni mövsümdə iki fərqli klubla Avrokubok qazan ilk futbolçu oldu

ain.az, sport24.az saytına istinadən bildirir.

Evann Qessand futbol tarixinə düşüb. Sport24.az xəbər verir ki, Fil Dişi Sahili millisinin və "Kristal Pelas"ın hücumçusu eyni mövsümdə iki fərqli komanda ilə Avropa kuboku qazanan ilk futbolçu olub.​24 yaşlı forvard mövsümün ilk hissəsində "Aston Villa"nın heyətində UEFA Avropa Liqasında çıxış edib. O, turnirdə 7 oyunda meydana çıxaraq 2 qol vurub və komandasının çempionluğuna töhfə verib.Yanvar ayında isə Unai Emerinin komandası Qessandı satınalma şərti ilə "Kristal Pelas"a icarəyə göndərib. Hücumçu London təmsilçisinin heyətində UEFA Konfrans Liqasında 6 matçda iştirak edib və 1 qol vurub. O, həmçinin "Rayo Valyekano"ya qarşı keçirilən final görüşünün ikinci hissəsində meydana daxil olub.Beləliklə, Qessand eyni mövsümdə həm Avropa Liqasının, həm də Konfrans Liqasının qalibi kimi tarixə düşüb.Qeyd edək ki, UEFA hər iki turnirin qalibinə 50 qızıl medal təqdim edir. Bu səbəbdən Qessand hər iki klubun heyətində çempion medalına sahib olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
sport24.az

1Mənbələr