AZ

Zelenski İsveçə səfər edib: Ukrayna üçün Gripen qırıcıları ilə bağlı qərar hazırlanır

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Ukraynanın döyüş aviasiyası İsveç istehsalı olan "Gripen JAS 39" qırıcıları ilə gücləndiriləcək.

Bizimyol.info xəbər verir ki, bu barədə o, Telegram hesabında yazıb.

“Bu gün işgüzar səfərlə İsveçdəyəm. Ukrayna üçün böyük müdafiə paketi hazırlayırıq və "Gripen" qırıcıları ilə bağlı qəti addım atırıq. Bu addım döyüş aviasiyamızın effektivliyini əhəmiyyətli dərəcədə artıracaq”, – deyə Zelenski vurğulayıb.

Prezidentin sözlərinə görə, mayın 28-də onun İsveçin Baş naziri Ulf Kristersson ilə görüşü planlaşdırılıb. Görüşlərdə həmçinin İsveç müdafiə sənayesinin nümayəndələri də iştirak edəcəklər.

“Ulf, təşəkkür edirəm ki, Ukrayna ilə İsveç arasındakı münasibətlər hər zaman məzmunlu, əməkdaşlıq isə güclü olub”, – deyə Ukrayna prezidenti qeyd edib.

Verilən məumata görə, İsveç Ukraynaya "Gripen JAS 39 C/D" qırıcılarının verilməsinə hazırlaşır. bildirilir ki, ölkə Ukrayna Silahlı Qüvvələrinə bir neçə təyyarəni hədiyyə edəcək. Bununla yanaşı, gələcəkdə Ukraynaya əlavə qırıcıların satışı ilə bağlı danışıqlara da başlanacaq.

Bundan əvvəl İsveçin baş naziri Ukraynaya 100-150 "Gripen" qırıcısının veriləcəyini vəd etmişdi. 2025-ci ilin oktyabrında isə Ukraynaya bu təyyarələrin böyük partiyasının satışı ilə bağlı gələcəkdə iri müqavilənin bağlanmasına dair niyyət sazişi imzalanmışdı.

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
30
icma.az

1Mənbələr