AZ

Azərbaycan millisi Belarus toplanışını başa vurdu

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Belarusda təşkil olunan təlim-məşq toplanışını başa vurub.

Fanat.Az xəbər verir ki, məlumatı Azərbaycan Voleybol Federasiyası yayıb. 

Avropa Liqasına hazırlıqlarını davam etdirən yığma mayın 22-dən 27-dək Belarusda təşkil olunan təlim-məşq toplanışı çərçivəsində yerli "Minsk" klubu ilə iki yoxlama oyunu keçirib.

Milli hər iki qarşılaşmada məğlub olub (0:4, 1:3).

Qeyd edək ki, Azərbaycan millisi Avropa Liqasının ilk turunun oyunlarını 6-7 iyun tarixlərində İsveçdə keçirəcək.

Komandamızın rəqibləri ev sahibi İsveç və Yunanıstan yığmaları olacaq.

Seçilən
8
fanat.az

1Mənbələr