BAKI, 28 may. TELEQRAF
"Vəziyyət daha aydın olsun deyə, tezliklə Ermənistandakı Qarabağ psevdoelitasının aktivlərinin siyahılarını dərc etməliyik".
Teleqraf xəbər verir ki, bunu Nikol Paşinyan jurnalistlərlə keçirdiyi brifinqdə bildirib.
"Bu gün onlar Qarabağdakı insanlarımızın məskunlaşmasına imkan vermirlər. Onlar Qarabağda insanları girov saxlayıblar, indi isə Qarabağdakı bacı-qardaşlarımızı Ermənistanda girov saxlamaq istəyirlər, belə bir şey baş verməyəcək".
“Bəli, onlar aydınlıq gətirməlidirlər və qanunsuz əmlakın müsadirə edilməsi sistemi vasitəsilə biz onlarla və yüzlərlə evi bir-bir alacağıq. Bu, yaxın gələcəkdə mütləq baş verəcək və buna görə də mən Ermənistan və Qarabağ xalqından mandat istəyirəm. Həmin yalançı elitanın nümayəndələri yenə də Ermənistan və Qarabağ xalqı qarşısında cavab verməlidirlər”, - deyə o bildirib.