AZ

AK Parti və CHP 3 bayramdan sonra ilk dəfə bayramlaşdı

ain.az, Cebheinfo saytına istinadən bildirir.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) və müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) bələdiyyələri lə bağlı aparılan istintaqlara görə üç bayramdır bir-biri ilə görüşmürdü.

CHP rəhbərliyində baş verən dəyişiklikdən sonra iki partiyanın nümayəndə heyətləri bu bayramda yenidən görüşərək bayramlaşdı.

“Cebheinfo.az” Haberler.com-a istinadən xəbər verir ki, Qurban bayramının ikinci günündə siyasi partiyalar arasında ənənəvi bayramlaşma görüşləri keçirildi.

AK Partinin mərkəzi qərargahına ilk ziyarət CHP tərəfindən oldu. Eyni vaxtda tərəflər qarşılıqlı olaraq bir-birini ziyarət etdi.

Məhkəmə qərarından sonra CHP rəhbərliyindəki dəyişiklik bu görüşlərin yenidən başlamasına səbəb oldu.

CHP-dən Kütahya, Aydın və Ankara millət vəkillərindən ibarət nümayəndə heyəti AK Partini ziyarət etdi. AK Partidən isə Hüseyn Yaymanın rəhbərlik etdiyi heyət CHP-ni qəbul etdi. Tərəflərdən olan digər nümayəndələr də görüşlərdə iştirak etdi.

Görüş zamanı birlik və həmrəyliyin vacibliyi vurğulandı və ölkənin gələcəyi üçün birgə fəaliyyət mesajları verildi.Eyni vaxtda AK Partidən Adıyaman millət vəkilinin rəhbərlik etdiyi heyət CHP-ni ziyarət etdi və qarşı tərəf onları qəbul etdi.

AK Parti ümumilikdə 16 siyasi partiya ilə bayramlaşma görüşləri keçirəcək. Bu partiyalar arasında CHP, DEVA və Gelecek Partiyası da var.

CHP-nin bayram proqramı isə daxili siyasi müzakirələrin kölgəsində davam edir.Bəzi müxalif partiyalar CHP qərargahını ziyarət etməyəcək və bunun əvəzinə parlamentdəki CHP nümayəndə heyəti ilə görüşəcəklər.MHP-də isə bayramlaşma DSP nümayəndə heyətinin qəbulu ilə başlayacaq və digər partiyalarla davam edəcək.

Aişə

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
1
cebheinfo.az

2Mənbələr