ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 28 may, AZƏRTAC
Qurban bayramı günlərində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) stasionar və səyyar laboratoriyaları gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
AQTİ-dən AZƏRTAC-a verilən məlumata görə, Cəbrayıl və Füzuli rayonlarında, eləcə də Bakı şəhərində təşkil olunan heyvan kəsimi çadırlarında AQTİ-nin səyyar laboratoriyaları operativ xidmət göstərib.
Qurbanlıq heyvanlarda hər hansı xəstəlik şübhəsi yarandığı hallarda nümunələr götürülərək laborator müayinələrin operativ şəkildə aparılması üçün bütün zəruri şərait təmin olunub.
AQTİ-nin laboratoriyaları qida təhlükəsizliyi sahəsində müxtəlif növ müayinələrin həyata keçirilməsi üçün müasir avadanlıqlarla tam təchiz edilib.



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.