"Atalanta" ötən mövsüm icarə əsasında xidmətindən yararlandığı yarımmüdafiəçi Yunus Musanı almayacaq.
Fanat.Az xəbər verir ki, məlumatı tanınmış insayder Fabritsio Romano yayıb.
Beləliklə, 23 yaşlı amerikalı futbolçu müqavilə ilə məxsus olduğu "Milan"a qayıdacaq.
Musa ötən mövsüm A Seriyasında 20 oyunda 1 qol vurub. O, "Milan"a 2023-cü ildə "Valensiya"dan 21 milyona keçib.