BAKI, 28 may. TELEQRAF
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmət (Rosselxoznadzor ) mayın 30-dan etibarən Ermənistandan meyvə-tərəvəz idxalını məhdudlaşdıracaq.
Teleqraf xəbər verir ki, bu barədə Rosselxoznadzor məlumat yayıb.
Bildirilir ki, Rosselxoznadzor 30 may 2026-cı il tarixindən etibarən Ermənistandan gətirilən təzə pomidor, xiyar, bibər, yaşıl tərəvəz və çiyələklərin idxalına müvəqqəti məhdudiyyətlər tətbiq edəcək və bu məhdudiyyətlər göndərilən malların təhlükəsizliyini təmin etmək üçün müvafiq protokol hazırlanana qədər qüvvəyə minəcək.
Qərar Ermənistan meyvə-tərəvəzlərinin Rusiyaya tədarükündə pozuntuların sayının artması və fitosanitar təhlükəsizliyin təmin edilməsi zərurəti ilə əlaqədar verilib.
"Mövcud vəziyyət ölkənin fitosanitar statusu üçün təhlükə yaradır. Bundan əlavə, Ermənistanın səlahiyyətli orqanı əvvəllər müəyyən edilmiş pozuntuların aradan qaldırılması üçün müvafiq tədbirlər görməyib",- məlumatda bildirilir.