AZ

CENTCOM: Küveyt İrandan atılan ballistik raketi vurub

ain.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Küveyt Silahlı Qüvvələri Vaşinqtonun iddiasına görə İran tərəfindən atılan ballistik raketi zərərsizləşdirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Komandanlıq iddia edir ki, mayın 27-də "İran Küveyt istiqamətində ballistik raket buraxıb və həmin raket Küveyt qüvvələri tərəfindən uğurla vurulub". Hadisə "İran qüvvələrinin Hürmüz boğazında beş zərbə pilotsuz uçuş aparatı buraxmasından bir neçə saat sonra" baş verib. Komandanlıqdan əlavə ediblər ki, "bütün dronlar ABŞ qüvvələri tərəfindən uğurla vurulub, həmçinin İranın cənubundakı Bəndər-Abbas şəhərindən altıncı dronun buraxılmasının qarşısı alınıb".

Məryəm Quliyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
icma.az

1Mənbələr