AZ

U-20 yoxlama oyunu keçirməyəcək?

Mayın 25-də U-20 yığmasının növbəti Qəbələ toplanışı üçün heyəti açıqlandı. Heyətdə bəzi futbolçuların olmaması müzakirə doğurdu. Lakin mövzumuz bu deyil. Yığmanın portuqaliyalı baş məşqçisi Ruy Jorje aprelin sonundakı təlim-məşq toplanışında bu dəfə yoxlama oyunlarının olacağını da demişdi. Amma bu barədə hansısa məlumat verilməyib. Bəs olacaqmı?

AFFA-nın Mətbuat və İctimaiyyətlərlə əlaqələr şöbəsinin rəhbəri Murad Axundovun “Football-plus.az”a cavabı:

“Yoxlama oyunları ilə bağlı açıqlama veriləcək. Oyunların olacağı haqda məlumat gözləyirik”.

MÜZƏFFƏR QULUZADƏ
Seçilən
63
football-plus.az

1Mənbələr